воскресенье, 29 марта 2015 г.

Qruplarin isi

Arximed qrupu

Üçbucaqın 3 bucaqı var, ve ücbucaqın daxili bucaqlarının cəmi 180 dərəcədir. Bucaqlar arasında hansı əlaqə var. O əlaqəni riyazi şəkildə necə tərtib etmək olar. Şərtə görə bucağın birini x ile işarə etsək, ikinci bucaq 2 dəfə böyük olduğundan qiyməti 2x olar. Üçüncü bucaq isə əvvəlki 2 bucağın cəminə bərabər olduğundan üçüncü bucağın qiyməti (x+2x) olar. Beləliklə üçbucağin bucaqları cəmi 180 dərəcə olduğundan aşağıdaki tənliyi qurmaq olar.
     x+2x+x+2x=180
   Bu tənliyi həll edərək üçbucağın bucaqlarının üçünüdə tapmış oluruq. Bucaqları tapandan sonra üçbucağın növünü müəyyən etmək olar. Bucağın biri 90 dərəcə olduğundan bu üçbucaq düzbucaqlı üçbucaqdır.




среда, 25 марта 2015 г.

Qruplarla iş

Evklid qrupu

Bizim qrup bir ücbucaq və üc xətdən ibarət siniq xətt düzəltdi.Biz bele bir nəticəyə gəldik ki ücbucağınperimetri varamma üc xəttən ibarət sınıq xəttin perimetri yox sadəcə uzunluğu var çünki perimetr sözünün elə yunancadan tərcüməsi çevrə qapalı ölçmək mənasındadır .Sınıq xətt isə qapalı olmaya bilər deməli sınıq xəttin perimetri yoxdur.






вторник, 24 марта 2015 г.

Ümumiləşdirmə və nəticə

Layihəmizdə müdiriyət və üsul birləşmə rəhbəri iştirak etdi.Gördüyümüz işlər müdiriyyət tərəfindən qiymətləndirildi. Fərqlənən qrupa məktəb rəhbərliyi mukafat verdi.Layihəmiz haqqında müsbət rəylər söylədilər.Öz  fikirlərinizi komentariyada yaza bilərsiniz.
Diqqətinizə görə təşəkkür edirik.


Qrup işləri

 Pifaqor qrupu

Əvvəlcə düzbucaqlının çertyojunu qurmalıyıq. Sonra məsələnin şərtinə uyğun olaraq çertyoj üzerinde qeydlər aparmalıyıq. Şərtə görə uzunluğu enindən 3 dəfə çox olduğundan, eni x olar uzunluğu 3x olar. Perimetr düsturuna görə 2(3x+x)=120 olar. Buradan düzbucaqlının həm eni həmdə uzunluğu tapılır. Bilirikki düzbucaqlının sahəsi uzunluğu ilə eninin hasilinə bərabərdi.Buradanda sahə tapılır.

Ana səhifə

Müəllim bizə"fiqurlar aləmi"haqqında layihə hazırlamağı tapşırdı.
Biz layihəmizi "perimetr və sahə anlayışları hansı zərurətlərdən həndəsə elminə daxil edilmişdir" başlangıcı altında hazırlayacağıq.
Qrupların görəcəyi işlər
Evklid qrupu
Hansı fiqurların perimetri olur hansı fiqurların perimetri olmur cavabı əsaslandırın?
Arximed qrupu
Ücbucağın bucaqlarından biri digərindən 2 dəfə böyükdür,ücüncü isə birinci və ikincinin cəminə bərabərdir.Bu ücbucağın hər bir bucağı necə dərəcədir?
Pifaqor qrupu

Ücbucağın bucaqlarından biri digərindən 2 dəfə böyükdür,ücüncü isə birinci və ikincinin cəminə bərabərdir.Bu ücbucağın hər bir bucağı necə dərəcədir?






Evklid qrupu